Cəmİyyət

Bizim qızlar da Azərbaycana getmək istəyirlər - Artur Palatnı

Bizim qızlar da Azərbaycana getmək istəyirlər - Artur Palatnı
"Azərbaycan və Ukrayna arasında qarşılıqlı turizm və gənclər günlərinin, yaxud birgə tədbirlərin keçirilməsi maraqlı olardı”. 

Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Ukrayna Ali Radasının (parlamentinin) Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı deyib.

O bildirib ki, bunun üçün kifayət qədər potensial və iki ölkə arasında yaxşı əlaqələr var: "Bu gün azərbaycanlıların daha çox üz tutduğu ölkələrdən biri Ukraynadır. Eyni zamanda Ukraynadan da Azərbaycana səyahət etmək istəyənlər çoxdur. Onların tam əksəriyyəti gənclərdir. Mən bir dəfə qeyd etmişdim ki, azərbaycanlı oğlanlar daha çox Ukraynadan olan qızlara vurulurlar. O vaxt ətrafımda olan insanlar dediklərinə belə reaksiya verdilər ki, bu heç də birtərəfli deyil. Yəni, bizim qızlar da azərbaycanlı oğlanlara diqqət göstərirlər".
 
A.Palatnı qeyd edib ki, Azərbaycan turizm cəhətdən olduqca cəlbedici ölkədir və xarici ölkələrə üz tutan ukraynalı gənclər üçün Azərbaycanın mütəmadi təqdimatı heç də pis olmazdı: "Bu yaxınlarda bizim telekanallarımızdan biri Azərbaycanın turizm bölgələrindən veriliş hazırlamışdı. Mən də baxdım. Düşündüm ki, biz bu sahədə layihələrəimizi çoxalda bilərik. Məsələn, gənclər ilə birlikdə, turizm təqdimatları mövzusunda birgə tədbirlər, qarşılıqlı səfərlər təşkil edə bilərik".

Komitə sədri vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında kifayət qədər yüksək münasibətlər var və bu, müxtəlif layihələrin həyata keçirilməsi üçün əsas səbəbdir.
 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930