"Bizim modelyerlər toy bazarlarına çalışırlar" - Zülfiyyə Sultan

ATV kanalının tanınmış modelyeri Zülfiyyə Sultan "Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə İstanbulun ən nüfuzlu ali təhsil ocaqlarından olan İstanbul Kemerburgaz və Beykent Universitetlərini ziyaret edib.

Hər iki universitetin Moda və Dizayn fakultəsində olan Zülfiyyə Sultan bir həftə boyunca tələbə və müəllim heyəti ilə yaşadığı maraqlı xatirələri və görüntüləri Qaynarinfo.Az-la bölüşdü.

- Bizim moda və dizayn anlayışı ilə onlardakı moda anlayışları arasında fərq varmı? Türk modaçısı-dizayneri bizimkilərdən nəylə fərqlənir?

- Fərq yoxdur. İndi moda sözü özü artıq moda deyil. Məncə, neçə ildir bunu trend sözü əvəz edir. Bizim modelyerlər tekstil firmalarımız olmadığından moda evlərində işləyirlər. Bu da deməkdi ki, toy bazarlarına çalışırlar. Amma orda tekstil firmaları var, vəziyyət daha fərqlidi. 

Mən moda təhsilimi Adrada aldım. Bizə sırf rəssamlıq öyrədilirdi. Mən bu təhsil ocağına qəbul olanda texnologiya müəllimi ilə görüşərkən çoxlu suallar verdim, parçaların növlərini, onların toxunuşunu öyrənməyəcəyikmi və s. Təəssüf ki, əksər suallarıma yox cavabı aldım. Nənəmdən sapın əyilməsini, toxunmasını, paltarın biçilişini, tikilişini gördüyüm üçün mənə çətin olmadı. Rəssamlıq bacarığımı da daha çox inkişaf etdirdim. Rəsmlə insan bədənini daha yaxşı öyrəndim. Bu da işimdə mənə çox kömək oldu. 

"Akademi Group”la çalışmağa başladıqda onlara xaricdə moda təhsili ilə tanış olmaq, əskik və artıq tərəflərimizi görmək istədiyimi dedim. Sağ olsunlar, mənə bu şəraiti yaratdılar. İlk olaraq İstanbul Kemerburgaz və Beykent Universitetlərində qonaq oldum. Eyni ölkədə iki universitet fərqi təhsil verir. Adradakı texnologiya müəllimimdən soruşduğum parça toxunuşları hər iki universitetdə var. Hətta Dr. Başak Özkendiricinin mənə parçaların növləri və toxunma qaydalarına aid kitab hədiyyə etməsinə çox sevindim. Bir həftə ərzində İstanbul Kemerburgaz Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Kürşad Demir, Moda və Dizayn fakültəsinin müəllimləri Dr. Başak Özkendirici, Dr. Nihan Akdemir, Dr. Cemile Tuna, Dr. Özcan Özkur, Beykent Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Nərmin Zeynallı və Tələbə Dekanı Serhat Buturla görüşüb, tələbələrlə müzakirələrə aparıb, dərslərə qatıldım. Bizdə qabliyyət imtahanı verildiyindən daha asandır. Amma onlarda daha çətindir. Heç nəyi bilməyən tələbəni öyrətmək və sənəti ona sevdirmək asan iş deyil. "Akademi Group”dan hər iki universitetin necə olması ilə bağlı soruşdular. Cavabım belə oldu: Kemerburgazda hər şey müasirdir, dərslərin gedişi, fikirlər belə. Beykentdə isə daha çox etnik sənət nümunələri var. 

- Türk tələbələri, ümumilikdə türk gəncliyi özləri necə geyinir? Modelyerə tez-tezmi müraciət edirlər, ya hazır paltarı almağa üstünlük verirlər?

- Bayaq dediyim kimi, moda artıq trendlə əvəz olunub. Bu ilin trendi olan nə varsa, onlarda da eyni geyimləri gördüm. Daha çox hazır geyimlərə üstünlük verirlər.

- Alış-veriş etmək imkanın oldumu? Özünə geyimlər aldın? Yəni biçib-tikən adam özü xaricdə mağazalardan nə alır, hansı kriteriyalarla alır? 

- Oldu. Bizdəki ticarət mərkəzlərində olan firmalar orda da olduğu üçün maraqlı gəlmədi. Türklərin öz firmalarına baxdım. Amma yenə tam ürəyimcə bir şey olmadı. Həm də istədiyim geyimi hazırlaya bilirəm deyə, geyimlər maraqlı gəlmir. Alış-verişdə daha çox ayaqqabılara üstünlük verirəm.



OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...