\"Bizim market\"in satış direktorunun evini qarət etdilər
20:29 / 13.12.2018
3162
Bakı şəhəri, Xətai rayonunda yaşayan Türkiyə vətəndaşı Mehmet Akdemirçinin evindən oğurluq edilib.
Sfera.az "Report”-dan aldığı xəbərə görə, evdən ona məxsus məişət əşyaları və dəyəri 2000 manat olan qol saatı oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Akdemirçi "Bizim market” mağazalar şəbəkəsinin satış direktorudur.