Təhsİl

Bizə niyə “qılınc müsəlmanı” deyirlər? — TARİXİ FAKT

Bizə niyə “qılınc müsəlmanı” deyirlər? — TARİXİ FAKT
Heç şübhəsiz ki, hər birimiz mübahisə edən insanların bir-birinə və ya nəyisə düz etməyən insana "qılınc müsəlmanı” deyildiyini eşitmişik. Niyə bizə qılınc müsəlmanı deyirlər? Bu söz nə zaman ortaya çıxıb?

Sfera.az xəbər verir ki, bu barədə maraqlı faktı ölkə.az-a tarixçi-alim Əkbər Nəcəf verib.

"Qılınc müsəlman" adının ortaya çıxmasının səbəbkarı Xarəzmşah Cəlaləddin Manqburnu olub. Belə ki, Xarəzmşah Cəlaləddin monqollar qarşısında məğlub olduqdan sonra 1225-ci ildə Azərbaycana gəlib yerləşdi. Həmin vaxt qıpçaqların əlində olan Tiflisə hücum etdi. Abxaz-qıpçaq ordularını məğlub edib, Tiflisi ələ keçirən Xarəzmşah Cəlaləddin şəhər xalqının müsəlmanlığı qəbul etməsini əmr etdi.

Daha sonra meydana gələn hadisələri Gəncəli Kirakos belə təsvir edir: "Taciklərin uydurma dinini qəbul edənlər, həqiqəti yalana fəda etdilər. Digərləri vicdan əzabına, ölümü cəsurca tərcih edib şəhadət mərtəbəsinə ulaşdı. Bundan sonra sultan İslamiyyəti qəbul edib-etmədiklərini tədqiqə hacət görmədən onların sünnət olunmasını əmr etdi. Bəzi adamlar onları tutaraq meydanlara gətirdilər. Orada onları qılıncla sünnət etdilər".

Beləcə, həmin xristianların adı "qılınc müsəlman" qaldı. Yəni bu ad, Xarəzmşah Cəlaləddinin əmri ilə Tiflisdə müsəlman olan və qılıncla sünnət edilən xristianlara verilmiş addır.

Qeyd edək ki, orta əsrlərdə tacik deyəndə həm farslar nəzərdə tutulurdu, həm də Moisey Kalankatlunun kitabında da taciklər deyəndə ərəblər nəzərdə tutulur.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031