Bizə elə deputat lazım deyil!...” - Qalmaqal böyüyür

Bizə elə deputat lazım deyil!...” - Qalmaqal böyüyür
Rusiyada Volqoqard vilayət Dumasının hakim "Vahid Rusiya” partiyasından deputatı, "Qazprom transqaz Volqoqrad” şirkətinin keçmiş rəhbəri Həsən Nəbiyevin yaşayış minimumundan aşağı pensiya alanları "alkaş” və "tüfeyli” adlandırmasına görə yaranmış qalmaqal böyüyərək federal miqyas alıb.

Məsələ üç gündür federal telekanallarda, Dövlət Dumasında, federal KİV-lərdə və Volqorad sakinləri arasında müzakirə olunur. Həsən Nəbiyevin partiyadan çıxarılmasına, deputat mandatını təhvil verməsinə dair çağırışlar səslənir. Senzuradan kənar ifadələr işlədərək şerlər yazan şair Sergey Şnurov da H.Nəbiyevin çıxışına şer həsr edib. Sosial şəbəkələrdə isə azərbaycanlı deputatın ünvanına təhqiramiz ifadələr baş alıb gedir, hətta ona divan tutmağa çağıranlar var. "Bizə Həsən Nəbiyev kimi deputat lazım deyil!”-Volqoqrad sakinləri deyirlər.

Deputat sözlərinin kontekstdən çıxarıldığını və yersiz ifadələr işlətdiyi üçün üzr istədiyini bildirsə də qalmaqal səngimir. "Vahid Rusiya” partiyasının regional şöbəsi Nəbiyevin məsələsini müzakirə edəcəyini açıqlasa da onun deputat mandatından məhrum edilməsinin hüquqi baxımdan mümkün olmadığını açıqlayıb. Çünki mandatın alınması üçün deputatın barəsində işlətdiyi hansısa cinayətə görə məhkəmə qərarı olmalıdır.

Volqoqrad Dumasının etika komissiyasının kommunistlər fraksiyasından üzvü Mixail Tarantsov hesab edir ki, Həsən Nəbiyev bütün ölkədə "məşhurlaşdığı” üçün özü mandatını təhvil verməlidir. Çünki o, bütün Volqoqrad dumasını Rusiyada biabır edib. Amma Tarantsov deyib ki, deputatın məsələsi hələ etika komissiyasına daxil olmayıb.

"Vahid Rusiya”nın regional şöbəsində isə deyiblər ki, Həsən Nəbiyev üzr istədiyi üçün onlar məsələni şərh etmək istəmirlər. "Absurd situasiya yaranıb. Həsən Nəbiyevin frazalarını kontekstdən çıxarıblar, hərçənd onun dedikləri müəyyən və ağlaban məna kəbs edirdi”-partiyadan deyiblər.
Mənbə bildirib ki, Volqoqrad vilayətində 800 minə yaxın pensiyaçı var. Bu, region əhalisinin az qala üçdə biridir. Onlardan 80 mindən çoxu minimal pensiya alır. İndi isə belələrinin pensiysını yaşayış minimumuna yaxınlaşdırmaq qərara alınıb: "Lakin burada dilemma yaranır. Elələri var ki, uzun illər əziyyət çəkib, ölkə üçün işləyib və 10 min rubldan aşağı pensiya alır. Elələri də var ki, Həsən Nəbiyevin dediyi kimi işləməyib, həbsxanada oturub, yaxud "alkaşlıq” və tüfeyliliklə məşğul olub. O da çıxışında diqqəti buna yönəltmək istəyib və deyib ki, bütün ömrü boyu işləyən pensiyaçılar belələri ilə eyni pensiya alması ədalətli olmayacaq”.

Buna baxmayaraq federa miqyasda Həsən Nəbiyevi linçt etməyə başlayıblar. Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru, "Krım naş” frazası ilə məşhurlaşan Natalya Poklonskaya hesab edir ki, Nəbiyev aşağı pensiya alanları, o cümlədən onun anasını təhqir etmiş olub. "Mənim anam nə "alkaşdır”, nə tüfeyli. Amma pensiyası 10 min rubldan aşağıdır. Həsən Nəbiyev, axı sizin tərəflərdə yaşlılara hörmət var. Nə oldu sizə belə?”-Poklonskaya Facebook-da yazıb. (virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...