“Bizdə iki elektron hökumət portalı var...” – Niyə hələ də vətəndaşdan arayış tələb olunur?

“Bizdə iki elektron hökumət portalı var...” – Niyə hələ də vətəndaşdan arayış tələb olunur?
"Uzun illərdir ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir, xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı "eGov” və "MyGov” fəaliyyət göstərir. Lakin  dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə,  dövlət xidmətləri reyestrindən görünür ki,  ölkəmizdə təxminən 50-dək arayış növü var:

"Ünvan haqqında, sağlamlıq haqqında, Prezident təqaüdü barədə,  staj və maaş barədə, "Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83), bakalavrlar və magistirlər üçün ali məktəbdən arayış, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış (Forma 1, Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma), məhkumluğun olub olmaması barədə,  itirilmiş sənədlərlə bağlı  daxili işlər orqanının arayışı və.s.
 
Hazırda "MyGov”da aktiv olan xeyli sayda arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir. Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir. Əgər dövlət qurumları  vətəndaşla bağlı hansısa məlumatları, arayışları  bir-birindən onlayn formada əldə edə bilirlərsə, onda, nəinki, onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası  başa çatdırılmalıdır”.

O.Gündüz bildirib ki, hazırda "eGov” sahəsində ən ciddi problemlərdən biri budur və xeyli müddətdir problem öz həllini tapa bilmir:

"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi  dövlət resurslarının inteqrasiyası üçün konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir.  Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
 
Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir.  Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...