“Biz xalq artisti deyilik ki...” — Siyavuş Novruzov

“Biz xalq artisti deyilik ki...” — Siyavuş Novruzov
 Deputat Siyavuş Novruzov Milli Məclisdə Fazil Mustafanın Milli Məclis haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
 

Sfera.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S.Novruzov deyib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında fikir bildirirlər:

"Bildirir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu Fazil Mustafa  buu günlərdə mətbuata verdiyi müsahibədə deyib. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının  sosial şəbəkə hesabı var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verim, filankəsinkini verməyin?!  Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz xalq artisti deyilik ki, "Instagram"da oturaq. Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur. Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü- biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”. (olke.az)



OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...