Dünya

“Biz qəbrimizi qazdıq, gəlin, dəfn mərasimimizi keçirin” - Ərdoğan

“Biz qəbrimizi qazdıq, gəlin, dəfn mərasimimizi keçirin” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etdiyi Isparta vilayətində ölkə gündəmindəki məsələlərlə bağlı danışıb.

Sfera.az xəbər verir ki, Ərdoğan türk ordusunun tezliklə Mənbicdə YPG terror təşkilatına qarşı əməliyyat aparacağının mesajını verib:

"Atdığımız addımlar sayəsində Cərablusdan Əl-Baba, Afrindən İraqın şimalına, Cudidən Qabara, Təndürəkə qədər çətin ərazilərdə təhlükəsizlik qüvvələrimiz terror təşkilatlarına qan qusdurur, qan. Bu millətə xəyanət edənləri orada qoymayacağıq. Separatçı terror təşkilatı tarixinin ən böyük məğlubiyyətini yaşayır. Bunu ratsiya danışıqlarından bilirik, eşidirik.

İndi də Mənbəcdə kanallar qazırlar. Bu deməkdir ki, "biz qəbrimizi qazdıq, gəlin, dəfn mərasimimizi keçirin”. Ora da girəcəyik. Bizə söz verdilər. "90 gün ərzində buranı tərk edəcəyik”, dedilər, tərk etmədilər. Lazım olan görüləcək”.
 
Rəsul
Sfera.az



 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31