“Biz qanunun aliliyini pozmamışıq”- Mövqe

“Biz qanunun aliliyini pozmamışıq”- Mövqe
Təhsil Şurası İctimai Birliyi saytımızda gedən yazı ilə bağlı öz mövqeyini göndərib. Biz də qarşı tərəfin mövqeyini olduğu kimi təqdim edirik. 

Sfera.az saytının redaksiyasına

Hörmətli Redaksiya, saytınızda 07.02.2019-cu il tarixdə -BDU-nun professoru qanunsuz yolla sədr "seçilib”- başlıqlı "yazı” ilə tanış olduq. Təəssüf hissi ilə bildiririk ki, göstərilən fikirlər tamamilə əsassızdır. Çox yaxşı olardı ki, saytınızda bu məlumatları yerləşdirməzdən əvvəl Təhsil Şurası İctimai Birliyi ilə əlaqə saxlayardınız. 
 
Təhsil Şurası İctimai Birliyi 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmışdır. Məhz Ulu Öndərimizin təklifi ilə Azərbaycan təhsilinin görkəmli nümayəndəsi, təhsilə yeni töhfələr verən, Təhsil Şurası İB-nin 20 ildə nüfuzunun formalaşmasında əvəzsiz xidmətləri olan, mərhum professor Əjdər Ağayev sədr seçilmişdir. Təhsil Şurasının 20 illik fəaliyyətinə həsr olunmuş 3 noyabr 2018-ci ildə "Cəmiyyətin formalaşmasında və inkişafında Təhslilin rolu” adlı konfransda artıq professor Əjdər Ağayev səhhətindəki yaranmış problemlər səbəbindən iştirak edə bilməmişdi. Bu konfransda çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva nitqində Təhsil Şurasının fəaliyyətinə, xüsusilə də professor Əjdər Ağayevin ictimai-elmi nüfuzuna xüsusi dəyər verdiyini söyləmişdir.
 
O ki qaldı iddia olunan seçkilərə, bu Ümumi Yığıncağı hələ professor Əjdər Ağayev 2018-ci il yanvarın 27-də BMU-da İdarə Heyətinin genişləndirilmiş iclasında necə planlaşdırmağı, hansı məsələlərə toxunmağı, gələcək İdarə Heyətinin tərkibini və Təhsli Şurasının fəaliyyət istiqamətini necə görmək istədiyini müzakirəyə qoymuş və İdarə Heyətinin bu iclasda iştirak edən üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdir. 
2018-ci il 17 noyabr tarixli Ümumi Yığıncaqda iştirak edən Şura üzvləri sırasında həm 2013-cü il reyestr qeydiyyatında adları olanlar, həm də 2018-ci ildə İdarə Heyətinin iclaslarında qanuni qəbul edilmiş Şura üzvləri iştirak etmişlər. İdarə Heyəti üzvləri açıq səsvermə ilə seçilmiş, İdarə Heyətinin sədrliyinə namizəd şəxsən Əjdər Ağayevin özü irəli sürülmüşdür, lakin Əjdər Ağayevin qızı Ülviyyə Əjdər qızı İbrahimova atasının verdiyi notarial təsdiqli etibarnamə əsasında çıxış edərək, Əjdər Ağayevin öz namizədliyini geri götürdüyünü və Əjdər müəllimin yetirməsi olan, pedaqoji elmlər doktoru, professor Hikmət Abdul oğlu Əlizadənin namizədliyini irəli sürdüyünü bildirdi. İdarə Heyətinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi professor Hikmət Əlizadənin özü üçün də gözlənilməz oldu.
 
Onu da qeyd edək ki, Ümumi Yığıncaqda Təhsil Şurası İctimai Birliyinin 2001-ci ildən Əjdər Ağayevlə çiyin-çiyinə fəaliyyət göstərən İdarə Heyəti üzvlərindən 2 nəfər istisna olmaqla hamısı  iştirak edirdi. Onu da qeyd edək ki, həmin şəxslər dəvət olunmalarına baxmayaraq qeyri müəyyən səbəblərə görə iclasda iştirak etməmişlər.
 
O ki qaldı Ədliyyə Nazirliyinin Təhsil Şurası İctimai Birliyinə ünvanlanmış məktubda qeyd olunan çatışmayan sənədlərə, əvvəla Təhsil Şurası İctimai Birliyi İdarə Heyətinin Nizamnaməyə uyğun qəbul etdiyi Şuranın yeni üzvlərinin reyestr qeydiyyatından keçməli olduğu haqqında xəbərdar olmadığımızdan, onlarla birlikdə kvorum olduğuna görə iclas yetərsayla hesablanmışdır. Bunu nəzərə alaraq Təhsil Şurası İctimai Birliyinin İdarə Heyəti iclas keçirmiş, 17 noyabr 2018-ci ildə keçirilmiş Ümumi Yığıncağın nəticələri ləğv edilmiş və 16 fevral 2019-cu il tarixdə Ümumi Yığıncağın keçirilməsi haqda qərar qəbul etmişdir. Bu Ümumi Yığıncağın elanı Şuranın rəsmi saytında, eləcə də Facebook səhifəsində paylaşılmışdır. Ona görə də kimlərəsə məlumat verilmədiyi barədə fikirlər həqiqəti əks etdirmir. 
 
İclasın nəticələri protokolda öz əksini taparaq, sənədlərin hazırlanmasına başlanılmış, video görüntülərlə Ümumi Yığıncaqda İdarə Heyətinin fəxri sədri seçilən professor Əjdər Ağayev iclasdan sonra tanış olmuşdur. Lakin 10 gün sonra Təhsil Şurasının təsisçisi və ilk sədri, professor Əjdər Ağayevin dünyasını dəyişməsi sənədləşmənin ləngiməsinə və artıq dünyasını dəyişmiş Təhsil Şurası İctimai Birliyi təsisçilərinin reyestr qeydiyyatından keçirilməsi məqsədilə dekabrın 8-də İdarə Heyətinin yeni seçilmiş üzvləri toplantıda bu məsələni müzakirə etmiş və digər sənədlərlə birlikdə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərilmişdir.
Sizin saytda verilmiş məlumat əsl mənzərəni əks etdirmir, qərəzli mövqedən yazılmışdır. Çünki Ədliyyə Nazirliyinin qeyd etdiyi məsələ sırf texniki xarakterlidir. Həqiqətən də qeyd edilən sənədi yeni seçilmiş sədr yox, həmin Ümumi Yığıncağa sədrlik edən şəxs imzalamalı idi. Lakin bu heç də Sizin qeyd etdiyiniz kimi saxta və qanunsuz iclas deyil. İstər Təhsil Şurasının üzvləri arasında, istərsə də İdarə Heyəti üzvləri arasında Təhsil Şurasının adına ləkə gətirə biləcək insanların olmasına iddia etmək Əjdər Ağayev nüfuzunu, onun ətrafına topladığı insanların elmi ictimaiyyətdə, müəllimlikdə, cəmiyyətdə öz əxlaqi keyfiyyətləri və mənəvi dəyərlərini şübhə altına almaq deməkdir.




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...