\"Biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq\"

\

 


"Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb”.

 

Sfera.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: "Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

 

Prezident İlham Əliyev qedy edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var: "Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...