AdRiver

"Bitcoin"lə bağlı inanılmaz proqnoz

 "Fundstrat Global Advisors”un təsisçilərindən olan və "Wall Street"də "Bitcoin" ilə maraqlanan yeganə mütəxəssis Tom Li "Bloomberg”ə verdiyi açıqlamada "Bitcoin"in iyul ayında köhnə rekordunu yeniləməsini gözlədiyini bildirib. "Bitcoin" ötən ilin dekabrndan etibarən ciddi eniş yaşasa da, son günlər müsbət qrafik sərgiləməkdədir.

Li dekabrda yaşanan yüksəliş zamanı da təmkinli olmağı diqqətə çatdırmışdı. Hazırda "Bitcoin" 10 min dollara əməliyyat reallaşdırır və daha əvvəl də olduğu kimi yüksəlikdəş sonrakı enişlə "V” şəklində bir qrafik çəkir.

Li "Bitcoin"in yüksəliş dövrünün geriləmə dövrünə nisbətən 1,7 dəfə daha uzun davam etdiyini söyləyib. Bunu nəzərə alsaq, "Bitcoin"in özünə gəlməsi üçün 85 günə ehtiyac var, çünki eniş müddəti 50 gün davam etmişdi.

Li investorların son həftələrdə "Bitcoin"ə olan marağının yenidən artdığını qeyd edib.

70 %-lik enişin ciddi bir geriləmə olduğunu, lakin bundan sonra müsbətə doğru baş verən hadisələri izlədiyini bildirib. Noyabrın ilk həftəsində "Bitcoin"in qiymətinin sürətlə artmasından sonra ayın sonunda Li investorlara təmkinli olmağı tövsiyə etmişdi.

"Bitcoin" ilk dəfə rekord qırdığı vaxt 7500 dolları keçmişdi. Həmin vaxt "Bitcoin" həfftədə 25 %, ayda 75 %, ildə isə 700 %-dən artıq qiymət yüksəlişi yaşamışdı.

Dekabrın sonlarından etibarən baş verən azalma zamanı Li "Bitcoin"in 2018-ci ilin ortalarında 20 min dollar olacağını proqnozlaşdırmışdı.

Yüksəliş yeni cüzdanlar tərəfindən yaradılır

Li yüksəlişə səbəb kimi yeni "Bitcoin" cüzdanlarının (pul qabları) böyüməsini göstərib. Həmçinin, "Fundstrat Global Advisors”-un "Bitcoin"in qiyməti düşdüyü vatlarda "Bitcoin" aldığını diqqətə çatdırıb.

"Fundstrat” xüsusi olaraq hazırladığı "IP” "Bitcoin" cüzdanının sayının bu ilin ortalarına qədər 50 % artmasını, istifadəçi fəallığının dekabr ayına nisbətən 10% artacağını proqnozlaşdırır. Li isə ötən ilin noyabrından etibarən 2018-ci ilin ortaları ilə bağlı təxminlərini bu vaxtadək iki dəfə artırdı. İlk təmini olan 6000 min dolları avqustda açıqlamışdı. Sonra isə bu göstəricini 11500 dollara qədər yüksəltdi.

Li 11 min dolların "Bitcoin" üçün dəstək qiymətlərindən biri olduğunu söyləyib. 2022-ci il üçün verdiyi və "Bitcoin Investmen Trust”ın (GBTC) birjadan kənar qiymətinin 1300 dollardan 2500 dollara qalxdığına əsaslandırdığı 25 min dollarlıq proqnozunu isə dəyişməyib. GBTC-nin qiyməti 2017-ci ildə 1500 %-dən çox artaraq 1900 dollara çatmışdı.

Li "Fundstrat”ın açılmasına yardım etmədən əvvəl 2007-2014-cü illərdə "J.P. Morgan Chase”də əsas səhmdar strategist idi. Daha sonra isə ötən ilin iyulunda Bitcoin qiymətləri ilə bağlı ilk mütəxəssis kimi fəaliyyət göstərməyə başladı. Hazırda "Fundstrat”ın idarəetmə tərəfdaşlığından başqa tədqiqat şöbəsində də mühüm rol oynayır.

Mənbə: moneta.az

DİGƏR XƏBƏRLƏR


---