AdRiver
Bitcoin tezliklə 20 min dolları keçəcək!

Bitcoin tezliklə 20 min dolları keçəcək!

Tanınmış Bitcoin mütəxəssisi və "eToro” analitiki Mati Qrinspan Bitcoin-in gələcəkdə 20 min dolları keçəcəyini söyləyib. Qrinspan Bitcoin-in öz rekordundan sonra düzəltmə etməsini də təbbi sayır.

O, ani yüksəlişlərdən sonra düzəlişlərin gəldiyini deyib:

"Bu, falçılıq deyil, 20 min dollardan sonrakı enişin qanuni tənzimlənmə qorxusu olduğunu düşünmürəm. Bu azalma normal düzəltməydi. Eyni vəziyyət 0.08 dollardan 3.50 dollara çatanda da baş vermişdi. Bitcoin 1 il əvvəlki qiymətindən 6% bahadır”.

Əksər analitik 20 min dollardan 6 min dollara qədər olan enişin 2014-cü ildə yaşanan enişə bənzər olduğunu dilə gətirir. Həmin vaxt Bitcoin 80% dəyər itirmişdi. Enişdə "Mt Gox”-un kiberhücuma məruz qalmasının da təsiri olduğu deyilirdi. Ancaq indi kriptovalyuta bazarı fərqli durumdadır və günlük əməliyyat həcmi 30 milyard dollara çatıb. İnstitusional investorlar və ekosistemin getdikcə böyüməsi bazarın inkişafını təmin edir.

Yaxın zamanda ən böyük investisiya banklarından biri olan "Goldman Sachs” kriptovalyuta ticarəti xidməti təqdim edəcəyini açıqladı. Şirkət idarəçilərindən Rana Yared kriptovalyutalara məsafəli dayanmağa çalışdıqlarını, ancaq artan tələb qarşısında bunu etməyə məcbur olduqlarını söyləyib.

Bütün zamanların ən yüksək dəyəri

Qrinspan, milyarder Mayk Novoqratz, "Pantera Capital” CEO-su Den Morehed və digər bir çox kriptovalyuta investoru Bitcoin-in ən yüksək qiymətinin 2018-ci ildə reallaşmasını gözləyir. Stabilliyin davam etməsi və sürətin artması nəticəsində Bitcoin yenidən 20 min dollara qalxa bilər.(kripto.az)

DİGƏR XƏBƏRLƏR


---