Bit bazarından aldığı üzük təmiz almaz çıxdı

Bit bazarından aldığı üzük təmiz almaz çıxdı
İngiltərədə yaşayan Debra Qoddard adlı qadın anasının dələduzluq toruna düşdüyü üçün xeyli miqdarda pul itirib.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, qadın evdəki əşyaları satışa çıxarmağa başlayıb. Onların içərisində 33 il əvvəl ikinci əl bazarından 10 funt sterlinqə aldıqları və dəyərsiz hesab etdikləri bir üzük də olub. Üzüyü 750 funta satmaq istəyən 55 yaşlı qadın qiymətini öyrənmək üçün zərgərin yanına gedəndə şok yaşayıb. Zərgər ona üzüyün qaşının hesab etdikləri kimi adi şüşədən yox, 26,27 karatlıq əsl almaz olduğunu deyib. Bundan sonra Qoddard üzüyü "Sotheby's” auksion evinə aparıb. Mütəxəssislər üzüyün qiymətinin nə az, nə çox 750 min funt sterlinq kimi qiymətləndiriblər.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR