\"XİN-i qınamayan qalmamışdı...\" - Eldar Namazov, Tofiq Zülfüqarov və Pənah Hüseyn danışır

\

"XİN-dəki olay idarəetmə sistemində fundamental, köklü dəyişikliklər aparılmasının zəruri olduğunu bir daha ortaya qoydu”.


Bu sözləri Sfera.az-a açıqlamasında Xarici İşlər Nazirliyi ətrafında baş verənlərə münasibət bildirərkən sabir baş nazir Pənah Hüseyn deyib:


"Hələlik Xarici İşlər Nazirliyindəki olayla bağlı ümumi məlumat verilib. Xarici İşlər Nazirliyi spesifik bir qurumdur. Qeyri-rəsmi məlumatlara istinad etsək, XİN-də korrupsiya faktları və dövlətin maraqları üçün təhdid yaradan halların aşkara çıxarılması olduqca narahatedicihaldır. Bilirsiniz ki, uzun müddətdən bəri XİN-nin, istərsə də rəhbərliyin fəaliyyəti bir sıra faktlara istinad olunmaqla tənqid edilirdi. Unutmayaq ki, XİN ölkənin mövcudluğu və təhlükəsizliyi baxımdan olduqca mühümidarədir. Bu baxımdam orada baş verənlər həyəcanlı faktlardır. XİN-dəki hadisə ölkədə ümumi idarəçilik sisteminin vəziyyəti barədə növbəti və ciddi narahatedici məsələ kimi gündəmə gəlib.Bu da idarəetmə sistemində fundamental, köklü dəyişikliklər aparılmasının zəruri olduğunu bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. Bu məsələdə ehtimallar üzərində dayanmayaq.Yəqin ki, əlavə məlumatlar veriləcək”.

 

"Baş verən olay Azərbaycanın imicinə ciddi zərbədir”


Bunu isə sayta açıqlamasında sabiq dövlət müşaviri Eldar Namazov dedi: "Təbii ki, bu pis haldır. Ancaq ətraflı açıqlamanı gözləyək, ondan sonra proses barədə daha geniş şərh vermək olar. Xarici İşlər Nazirliyinin nə imici var idi ki, bu olay da onun imicinə hansısa bir təsir göstərsin? Azərbaycanda o nazirliyi qınamayan, tənqid etməyən qalmamışdı. Bir o qalmışdı ki, orada belə işlərlə də məşğul olsunlar. Xarici İşlər Naziliyi dövlətin aparıcı sütunlarından biridir. ABŞ kimi ölkədə dövlət katibi dövlətin ikinci və ya üçüncü adamı sayılır. Bu mənada XİN-ə ölkəmizdə də dövlət tərəfindən adətən hər zaman xüsusi diqqət edilib, orada çalışanlara xüsusi tələblər və yanaşmalar olub. Ona görə də, XİN-dəki olay çox pis hadisədir. Bir var, Vergilər Nazirliyində, Gömrük Komitəsində kimlərsə həbs olunur. Amma söhbət XİN-dən gedirsə, deməli baş verən olay Azərbaycanın imicinə ciddi bir zərbədir.Bütün hallarda daha dəqiq olmaq üçün rəsmi açıqlamaları gözləməliyik. Hər halda belə hadisələr baş verib, orada nöqsanlar var ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) belə bir əməliyyat keçirməyə qərar verib. Ona görə də rəsmi açıqlamaları gözləyək”.


"Yaxşı ki, XİN-də də təmizlə prosesi başlayıb, hesab edirəm ki, davamlı olacaq”.


Bu fikirlər isə sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarova məxsusdur:

 

"Çox xoşagəlməz hadisədir. Hadisə istər-istəməz qurumun təbliğat və imicinə ləkə gətirir. Amma prosesi, yəni qurumda keçirilən əməliyyatı müsbət qiymətləndirirəm. Çünki nazirlikdə illərdir yığılıb qalan ciddi problemlər var idi. Qanun pozuntusunun aradan qaldırılması istiqamətində atılan addım artıq dövlət rəhbərliyinin dövlət qurumlarının sağlam bir institut olması yönündə çalışdığını göstərir. İndiki mərhələdə orada iqtisadi, maliyyə və ziyan gətirən hansısa siyasi əməllərin olması üzə çıxa bilər.Bu qurumun təmiz olması çox vacibdir. Çünki XİN dövlətin ən vacib qurumudur. İnanıram ki, bu hadisələrdən sonra qurumda ciddi dönüş olacaq. Bildiyimə görə, saxlanılan şəxs nazirin ən yaxın adamıdır. Bu prosesin daha kimləri əhatə edəcəyi barədə müxtəlif ehtimallar ola bilər. Yaxşı ki, XİN-də də təmizlə prosesi başlayıb, hesab edirəm ki, davamlı olacaq”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...