Bir ölkə, iki prezident –Tanınmış iqtisadçı Venesueladan yazır

Bir ölkə, iki prezident  –Tanınmış iqtisadçı Venesueladan yazır
Bu gün dünyanın nəzərləri Venesuelaya yönəlib. Hazırda bu ölkədə 2 prezident var: Nikolas Madurao və Juan Guaidó. 
 
Bu məsələyə münasibətdə dünyanın aparıcı dövlətləri arasında ciddi fikir ayrılığı yaranıb. Belə ki, ABŞ, Kanada, Böyük Britaniya, Braziliya, Kolumbiya və Peru kimi ölkələr artıq Juan Guaidónı keçid dövrünün prezidenti kimi tanıyıblar. Nikolas Maduraonı isə prezident kimi Rusiya və Çin tanıyır. Əslində bunun da başlıca səbəbi Rusiya və Çinlə Venesuela arasında olan dərin iqtisadi əlaqələr, xüsusilə də neft hasılatı ilə bağlı "Rossneft” və Çinin Dövlət Neft Şirkəti ilə Venesuelanın dövlət neft şirkəti ilə PDVSA-nın sıx əməkdaşlığıdır. Hazırda PDVSA defolt vəziyyətdədir.
 
Hesablamalara görə, Venesuala iqtisadiyyatında iki dövlətin birlikdə sərmayələri 37,2 mlrd. dolları ötüb.
 
Təsdiq olunmuş neft ehtiyatına görə dünya birincisi olan Venesuelanın borcları onun ÜDM-ni ötüb, ötən il inflyasiya 1,8 milyon faiz qeydə alınıb.
 
2014-cü ildən bəri 3 milyondan çox əhali ölkəni tərk edib.
 
1983-cü il təvəllüdlü Juan Guaidónın əsas siyasi fəaliyyəti rejimin oğurladığı pulları geri qaytarmaq və korrupsiya layihələrini dayandırmaqdır. Bunu başa başa düşən Rusiya və Çinin Nikolas Maduraonı müdafiə etməkdən başqa çarəsi qalmayıb. Onlar özləri də gözəl bilirlər ki, Venesuelada Nicalos Maduraonın mütləq hakimiyyəti tezliklə bitir. Bu isə həmin ölkəyə qoyulmuş rus və çin mənşəli sərmayələrin və verilmiş borcların da batması deməkdir.
Heç şübhəsiz ki, bu olaydan Venesuala ilə dostluq münasibətləri olan Azərbaycan da ziyan çəkəcək: həm siyası və həm də iqtisadi mənada.
 
Qubad İbadoğlu,

 iqtisadçı alim


OXŞAR XƏBƏRLƏR