Bir kişinin özünü qadına çevirməsi prosesi anbaan - HEYRƏTLƏNDİRİCİ VİDEO + FOTOLAR

Bir kişinin özünü qadına çevirməsi prosesi anbaan - HEYRƏTLƏNDİRİCİ VİDEO + FOTOLAR
Gigi Gorgeous günümüzün ən məşhur Youtube simalarından biridir. Onu hamıdan fərqləndirən bir kişi olaraq girdiyi Youtube dünyasında addım-addım bir qadına çevrilməsi və bunu da davamlı olaraq Youtube-də paylaşmasıdır.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, məşhur bir ulduza çevrilən Gigi Gorgeousı Qreqori Allan Lazzarato adı ilə 1992-ci ildə Kanadada dünyaya gəlib.

İtalyan, fransız və livanlı kökləri olan bir ailənin oğlu olaraq kiçik yaşlarından etibarən üzgüçülük idmanı ilə məşğul olan Qreqori hətta bu növ üzrə Kanada çempionatı adını qazanıb. 

2008-ci ildə - 16 yaşında Youtube dünyasına addım atıb. Hemoseksual bir kişi kimi makiyaj videoları çəkən, özünü belə xarakterizə edən Qreqorinin Youtube kanalı qısa müddətdə inanılmaz dərəcədə diqqət çəkir.

Getdikcə daha qadın görünüşü alan Qreqori özündə dəyişikliklərə 2013-cü ilin dekabrında başlayır.
2012-ci ildə anasını itirən və bununla həyatda böyük bir psixoloji zərbə alan Qreqori 2013-cü ildə artıq tamamilə başqa birisi olmuşdu. O tarixdən etibarən özünü hemoseksual kişi yerinə qadın kimi hiss edən Qreqori yavaş-yavaş bir qadına çevrilməyə başlayır.

Bundan sonra bir sıra əməliyyat keçirir. Bədən tüklərini daimi olaraq alan, hormon dəyişikliyi müalicəsinə girən, üz cizgilərini qadınlaşdırma, burun və sinə əməliyyatları keçirən Qreqori adını da Giselle (Gigi) Loren Lazzarato olaraq dəyişdirir. Bütün bu proseslər bir il sürür.
Artıq tamamilə bir qadın olan Gigi özünü Gigi Gorgeous - Möhtəşəm Gigi kimi təsvir etməyə başlayır.

2015-ci ildə Youtube kanalında 130 milyon izləyici və 1 milyon abunə toplayır. Məşhurluğu ona şöhrətin də qapılarını açır. Televiziya şoularında boy göstərməyə başlayan gənc ulduz, həyatında yaşadığı çətinliklərə baxmayaraq  eşq həyatı da yaşayır. O, bir müddətdir milyarder bir ailənin varislərindən Natalia Villiams ilə birlikdədir.

Neft milyonçusu və Getty Oilin banisi milyarder Jan Pol Gettynin nəvələrindən olan Natalia Villiams isə Nats Getty adını istifadə edir. 

Gigi Gorgeous-un cinsi dəyişkənlik həyatını anbaan təsvir edən Youtube filminə buradan baxa bilərsiniz: 












Zəhra

 

 

OXŞAR XƏBƏRLƏR

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...