Bir kişi necə sevilməlidir? - XANIMLAR, DİQQƏT!

Bir kişi necə sevilməlidir? - XANIMLAR, DİQQƏT!

Kişiləri necə sevmək lazımdır? Əziz xanımlar, sizə bir neçə məsləhətimiz var.

1. İşə əvvəlcə özünüzü sevərək başlayın.
2. Onu sırf özü olduğu üçün sevin.
3. Qadınlığınızı istifadə edin.
4. "Anası" olmayın.
5. Onu tanımağa çalışın. Xəyallara aldanmqyın.
1. İnsanın özünü sevməsu eqoist olduğu anlamına gəlmir. Belə demək uyğundursa, özünüzü sevməsəniz bir başqasını necə sevə bilərsiniz?  Təbii ki, möhkəm təməlləri olan bif sevgidən söhbət gedir. Qadınlar o qədər başqalarını sevməklə məşğul olurlar ki, özlərini sevməyə vaxt da qalmır. Sevgini öz uşaqlarına, sevdiyi insana və digər əzizlərinə verirlər. Halbuki,  özünü sevmək ən vacib olandır. Özünüzdən utanmadan sevin.
2. Sevdiyiniz insanın bir çox xüsusiyyətləri ola bilər. Bəlkə güclü,  yqraşıqlı, romantik, ali savadlı,  və.s ola bilər. Ama bütün bunlar sevdiyimiz insanı sevmə səbəblərimiz olmamalıdır.  Sevgi şərtsiz sırf özü olduğu üçün olduğu zaman əsl sevgidir. 
3. Kişini əldə etməyə çalışdığımız zaman adətən özümüz olmaqdan çıxırıq. Fərqli olduğumuz zaman isə təbiiliyimizi itirmiş oluruq. Özü kimi olmayan bir qadın saxtadır. Onun dediyi də etdiyi hərəkət də saxtadır. Özü kimi olmayan qadın zamanla sevdiyi insanı da itirəcək. Kişi sizə hansı halınızda aşiq olubsa, elə də qalmalısınız.
4. Onun anası olmayın, onun anası zatən var. Kişilər analarına düşkün olduğu hamıya məlumdur. Əsla onun anasının yerinə keçməyə çalışmayın, ya da kişinin sizi eyni vəziyyətə gətirməsinə icazə verməyin. Sizə sevgisi üçün gəlmişdir. Onu toparlamağa çalışmayın. Qayda-qanunlar qoymağa çalışmayın. Heç bir kişi sizdən anası olmağınızı gözləmir. Uşaq dünyaya gəldikdən sonra "iki sevgili" halını davam etmək çətindir. Amma mütləq bunun öhtəsindən gəlməlisiniz. Çalışın ki, kişi övladı ilə yanaşı sizə də qayğı göstərə bilsin. 
5. Onu tanıyın. Sevdiyi şeylərə, maraq göstərdiyi hər hansı məşğuliyyətlərinə dəstək çıxıb onlara ortaq olun. Kişilərin "Yoldaşım ( sevgilim) məni başa düşmür" deməsi çox dəhşətli bir nöqtədir. Qadın nə qədər kişinin ətrafında dolansa da, qadın həmişə onu dinləməli vğ anlamalıdır. Onu sevməyə davam edin və ona sevginizi göstərərək daim hiss etdirin.

 

Sfera.az



OXŞAR XƏBƏRLƏR