“Bir, iki, bizimki” reallaşdı

“Bir, iki, bizimki” reallaşdı
Akademik Milli Dram Teatrında "Bir, iki – bizimki!” tamaşasının premyerası olub 

Sfera.az xəbər verir ki, martın 27-də Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın "Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, "Bir, iki – bizimki!” Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: "Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın "Bir, iki – bizimki!” tamaşasını təqdim edirik. Martın 19-da isə "Qəribə əhvalat” adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq”.

Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Tamaşaçılar tərəfindən alqışlar və böyük maraqla qarşılanan oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

"Şəngülüm, Şüngülüm, Məngülüm”balacaları gözləyir

Mütəmadi repertuarında dəyişikliklər edən, yeni nümunələrlə yanaşı klassik ədəbi materialları fərqli quruluşlarda teatrsevərlərə təqdim edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır.

Bu dəfə balaca tamaşaçılarımıza hamımızın az qala əzbər bildiyi və bu günədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” təqdim olunacaq.

Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. 

Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.

Müəllif matearialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.
 
Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.
Kukla tamaşasının bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. O, musiqilərində mətn müəllifinin şeir nümunələrindən istifadə edib.
Uşaqlara klassik nağıl nümunəsini tam yeni, fərqli və çağdaş boyalarla təqdim edən tamaşa martın 30-da teatrsevərlərin ixtiyarına veriləcək. 

Nigar
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...