Bir gündə 6 üzvü ölən ailədən açıqlama: \"Deyilənlər yalandı\"

Bir gündə 6 üzvü ölən ailədən açıqlama: \
Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Sumqayıt şəhər Sülh küçəsi, 5-ci məhəllədə yerləşən binada yaşayan Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın keçən həftənin şənbə gününə keçən gecə qazdan boğularaq öldüyü müəyyənləşib. Onların vəfat etməsi ilə bağlı xəbər polisə bazar günü verilib və dərhal Hüseynovlar ailəsinin Bakıda yaşayan tək oğlu Kamala bu barədə məlumat verilib.

Bakıda nazirliklərdən birində işləyən Kamal Hüseynov ailə üzvlərinin 1 həftə əvvəldən vəfat etməsi və onlarla heç kimin əlaqə saxlamaması ilə bağlı deyilənləri təkzib edib. O deyib ki, hadisənin sabahısı günü bu barədə xəbər alıb.

Bu arada o da məlum olub ki, bədbəxt hadisə nəticəsində vəfat edən Sara Hüseynova bir müddət əvvəl həyat yoldaşı Qüdrət Abbasovdan rəsmən boşanıb. O, 3 uşağı ilə birgə valideynlərinin himayəsində yaşayırmış. Hadisədən sonra o, da həmin evə gəlib. 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq — ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...