Bir gün icarə avtomobili sürmək üçün ən azı 360 manatın olmalıdır...

Bir gün icarə avtomobili sürmək üçün ən azı 360 manatın olmalıdır...
 Turistlərin Azərbaycana axın etməsi, bir sıra xidmət sahələrində aktivləşməyə səbəb olub. Bu xidmət sahələri arasında avtomobil icarəsi də yer alıb. Belə ki, son zamanlar günlük avtomobil icarəsi ilə məşğul olan fiziki şəxslərin və eləcə də bu işi görən şirkətlərin (Rent a car) sayında artım müşahidə edilir. 

Adətən fiziki şəxslər öz avtomobillərini müxtəlif elan saytlarında yerləşdirərək, daha çox gəlin maşını kimi icarəyə verirlər. Onların qiyməti 100 manatdan başlayır. Şirkətlərdə isə bütün növ avtomobillərə, fərqli qiymətlərlə rast gəlmək mümkündür. Onlar eyni zamanda avtomobilləri qarşılarına çıxan hər kəsə də vermirlər. Bunun üçün müxtəlif şərtlər tələb olunur. Qiymətlər isə fiziki şəxslərin tələb etdikləri icarə haqqından yüksəkdir.

Musavat.com-un əməkdaşı olaraq günlük icarə verilən avtomobillərin qiyməti və tələb olunan şərtlərlə maraqlandıq. Öyrəndik ki, Bakıda avtomobili bir günlük hətta 500 manata icarə verən şirkətlər var. Olduğumuz "Rent a car”larda tələb olunan əsas sənəd sürücülük və şəxsiyyət vəsiqəsi oldu. Ancaq öyrəndik ki, bundan əlavə avtomobilin icarə qiyməti xaricində 300 manat məbləğində depozit də qoymalısan. Bu şərtləri ödədikdən sonra icarədarlar elə oradaca sənəd işini də həll edərək, avtomobili sənə təhvil verirlər.

Birinci mikrorayon ərazisində yerləşən "Rent a car”da olduğumuz zaman öyrəndik ki, burada hər növ minik, yük maşınları və avtobuslar icarəyə verilir. Bu nəqliyyat vasitələri ilə yalnız ölkə daxilində səyahət etmək mümkündür. Maşınlar sürücü ilə və ya sürücüsüz verilə bilər. Maşınla birlikdə müştəriyə vəkalətnamə və ya yol vərəqəsi verilir. Bu sənədləri aldıqdan sonra şəxs avtomobili müqavilədə göstərilən günə qədər sürə bilər. Həmçinin qeyd etdiyimiz kimi, 300 manat da depozitin qoyulması əsas şərtdir. 

Əgər müştəri avtomobili verildiyi vəziyyətdə qaytarmırsa, o zaman cərimələnir. Öyrəndik ki, avtomobil müştəriyə verildiyi zaman təmiz, yanacaq çəni benzin ilə tam dolu vəziyyətdə olur. İcarə vaxtı bitdikdən sonra avtomobil eyni vəziyyətdə, müqavilədə qeyd olunduğu vaxtda və yerdə geri qaytarılmalıdır. Əgər maşının salonu çirkli, benzin çəni isə boş qaytarılarsa, müştəri bunun qarşılığında şirkətə vəsait ödəməlidir. Müştəri bunları etməkdən imtina etdikdə isə depozit formasında ödənilən məbləğdən cərimə pulu çıxılır.

Onu da öyrəndik ki, əksər "Rent a car”ların özlərinin "qoluçomaqlı”ları da olur. Əgər müştəri şərtləri pozarsa, avtomobillə qəza törədib, təmirdən boyun qaçırarsa, o zaman "çomaq”lar işə düşür. Ümumiyyətlə, bu kimi şirkətləri sıradan vətəndaşlar aça bilmirlər. Belə yerləri işlədənlərin çox zaman "krışa”ları yüksək olur.

Qiymətlərə gəlincə isə icarədarlar avtomobilləri adətən günlük, həftəlik və aylıq verirlər. Məsələn, 2014-cü ilin istehsalı olan "Hyundai Santa Fe” gündəlik 90 manat, həftəlik 580, aylıq isə 1700 manata icarəyə verilir. 2010-2012-ci il istehsalı olan "Mercedes S63” markalı avtomobil günlük 180 manat, həftəlik 1100, aylıq isə 2500 manata icarəyə verilir. "Lexus LX 570” modeli günlük 250 manat, həftəlik 1600, aylıq isə 3500 manata icarəyə verilir.

"Rent a car”larda ən ucuz avtomobilin günlük icarə haqqı 60 manatadır. Məsələn, 2012-ci ilin "Kia Rio” avtomobilini günlük 60, həftəlik 300, aylıq isə 1100 manata icarə götürmək olar - təbii ki, bu məbləğdən əlavə depozit olaraq 300 manat da ödəmək şərti ilə.

Maraqlı məqam ondan ibarətdir ki, şirkətlərin əksəriyyətində bizə bildirdilər ki, avtomobil verilən zaman elə buradaca sənədləşmə işləri həll olunur. Bəs bu hüquqi baxımdan nə qədər doğrudur?

"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, avtomobilləri icarə verənlər fors-major hallarla bağlı məsuliyyəti öz üzərinə götürür: "Yəni onun verdiyi əqdlərin elə bir əhəmiyyəti yoxdur. Ancaq istənilən halda götürən adama qəbz verilirsə, lazım gələndə məhkəmə onu tanıya bilər. Sadəcə olaraq bu kimi sənədlər prosesin asanlaşmış formasıdır və bütün dünyada geniş yayılıb. Doğrudur, hökumət bununla razılaşa bilməz. 

Çünki bu kimi əqdlərdən notariusda təsdiq olunarsa, rüsumun alınması nəzərdə tutulub. Burada bir qədər hüquqa zidd amillər var. Ancaq bu, artıq dövlətin məsələsidir. O sahədə nizamlanma dövlətin üzərinə düşür. Əgər qərar qəbul olunsa ki, bu kimi əqdlər mütləq notariusda təsdiq olunmalıdır, o zaman vəziyyət dəyişər. Bu, həmin sahədəki fəaliyyəti çətinləşdirəcək. Əgər onlar vergi verirlərsə, bu sahənin inkişafı dövlətin marağında olacaq.

Ödəmirlərsə, deməli, dövlət orqanları bu sahənin nizamlanması ilə bağlı müəyyən qərar qəbul etməlidirlər. Hazırda isə qanuni baxımdan ölkədə yalnız notariusda təsdiq olunmuş sənəd tanınır. Dövlət ya əqdi tanımalıdır və qanunda bununla bağlı qeyd etməlidir, ya da başqa variant fikirləşməlidir. Bu sənədlər etibarnamə sayılmır. Sadəcə olaraq icarə müqaviləsidir. Əgər orada tərəflərin imzaları varsa, yol polisi bunu tanıya bilər. Ancaq bu da tam olaraq qanuni deyil. Çünki müqavilələr də əslində notariusda təsdiqlənməlidir. Ümumilikdə isə qeyd etdiyim kimi, bu üsul dünyada da keçərlidir”.

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...