“Bir çox ölkələrdə nəinki 2, hətta 6-7 arvad almağa icazə var”

“Bir çox ölkələrdə nəinki 2, hətta 6-7 arvad almağa icazə var”

"İndi bu adam bir söz deyib. Amma izah eləməlidir ki, nəyə görə Azərbaycanda çoxarvadlılıq olmalıdır”. 

Sfera.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktoru Sabir Tağıyevin ikiarvadlılığı dəstəkləməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, əgər Azərbaycanda qadınlar kişilərdən çoxdursa, demoqrafik prosesi tənzimləmək üçün bu mümkündür:

"Amma son illər Azərbaycanda erkən cinsiyyətin məlum olmasına görə qız uşaqlarının dünyaya gəlməsinə imkan vermədilər. Əksinə, Azərbaycanda kişilərin sayı qadınlara nisbətən artıb. Ona görə də artıq burada ikiarvadlılıqdan söhbət gedə bilməz. Yəni gərək bu məsələni demoqrafiq proseslərlə əsaslandıraq”.

Partiya sədrinin sözlərinə görə, "Qurani-Kərim”in ayələrində kişiyə müəyyən şərtlər əsasında birdən çox qadınla evlənməyin halal olduğu göstərilir: 

""Nisa” surəsində ikinci, üçüncü və dördüncü arvad almaqla bağlı ayə var. Orada söhbət ondan gedir ki, əgər birinci arvad qadın kimi funksiyalarını yerinə yetirə bilmirsə, yalnız o halda icazə verilir ki, ikinci arvadla evlənəsən. Bir kişinin arvadı xəstədirsə, sonsuzdursa, yaxud təsərrüfat idarə edə bilmirsə, Allah-Taala o kişiyə icazə verir ki, birinci arvadının razılığı ilə başqa bir qadınla evlənsin. İslam bu məsələni belə izah edir. Dünyəvi qanunda bir çox ölkələrdə nəinki 2, hətta 6-7 arvad almağa icazə var. Bu hal qadının çox, kişinin az olduğu ölkələrdədir. Məsələn, Tibetdə əksinədir. Bir qadın rəsmən 7 kişiyə ərə gedir. Orada da qadınların sayı kişilərdən azdır. Cəmiyyətdə cinslərarası proporsiya pozulanda bu cür yollarla həmin qaydanı tənzimləyirlər ki, sosial neqativ hallar olmasın”. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin "Xəzər” TV-də yayımlanan "Səni axtarıram” verilişində çoxarvadlılıqla bağlı səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Belə ki, sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb. Alim özünün də ikinci arvaddan doğulan övlad olduğunu önə çəkərək çoxarvadlılığı dəstəkləyib. Bu isə tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Məsələ ictimaiyyətdə ciddi müzakirəyə səbəb olub. 


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...