Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı VİDEO

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı VİDEO
Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb. 

L.Əhmədova AzVision.az-a açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.

 "Sınaq imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm.
 
3 il əvvəl qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam "Riyaziyyat” müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən hazırlığa getmişəm, amma "Riyaziyyat”dan isə məni qardaşım hazırlaşdırıb ”.

Rekordçu Leyli oxuyacağı təhsil ocağını hələ seçməkdə tələsmir: "Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm”. 

Leyli, həmçinin çox oxumaqdan gözlərinin zəfilədiyini söyləyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakışəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...