Binəqədi rayonunda dörd otaqlı ev yanıb

Binəqədi rayonunda dörd otaqlı ev yanıb
Binəqədi rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi 100 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli 4 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR