“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı - VİDEO
17:20 / 09.08.2019
931
Gecə saatlarından yağan güclü yağış paytaxtı sel-su altında qoyub. Yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonudur.
Lökbatanda yerləşən "Sədərək” və "Binə” ticarət mərkəzlərini də su basıb.
Nəticədə dükan sahibləri, satıcılar mağalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər.
Mağaza sahibləri belə bir vəziyyətin yaranmasında TM-nin sahiblərini güünahlandırıblar. "Hər yağış yağanda eyni problemlə üzləşirik. Ayın sonu çatmamış, bizdən icarə pulları yığırlar. Hələ üstəlikdə digər xərclər adı ilə əlavə ödənişlər tələb olunur. Amma, adicə ticarət mərkəzinin dam hissəsini təmir etmək istəmirlər. Nəticədə də belə problem yaranır".
Baku.ws