Hadİsə

“Binə” ticarət mərkəzində yanğın - YENİLƏNİB + FOTO

“Binə” ticarət mərkəzində yanğın - YENİLƏNİB + FOTO
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə” ticarət mərkəzində mağazaların birində yanğın olub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

08:56

"Binə” ticarət mərkəzində yanğın qeydə alınıb.

Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, səhər saatlarında ayaqqabı mağazasında yanğın başlayıb.

Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.

Şahidlərin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri yanğının qarşısını almağa çalışır.

 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30