Bin Ladenin tərcüməçisi tanışlıq saytında
17:29 / 18.09.2015
1608
ABŞ-ın Quantanamo (Kuba) həbsxanasında saxlanılan məhbus Məhəmməd Rəhimi az-Əfqani “Match.com” tanışlıq saytında qeydiyyatdan keçib.
Bu barədə “The Daily Mirror” nəşri yazıb.“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin tərcüməçisi və ən etibarlı silahdaşlarından olan Məhəmməd Rəhimi az-Əfqani sosial şəbəkədəki səhifəsində “azadlıqda deyil, amma danışmağa hazırdır” yazıb.O, 2008-ci ilin martında Amerika hərbçiləri tərəfindən tutulub. Pentaqonun məlumatına görə, az-Əfqani 2001-ci ildə Əfqanıstanda Üsamə Bin Ladenə Amerika hərbçilərindən gizlənməyə kömək edib.Vaşinqtonun məlumatına görə, Bin Ladenin özü 2 may 2011-ci ildə Pakistanda xüsusi əməliyyatla öldürülüb.
Publika.az
Aysel