Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var
Biləsuvar rayonunda yol qəzası olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR