Biləsuvarda 7 otaqlı ev yanıb
Hadisə
15:41 / 04.11.2019
1206
Biləsuvar rayonunda ev yanıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bilsuvarda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.