Bıçaqlanan bacıların vəziyyəti necədir? - AÇIQLAMA

Bıçaqlanan bacıların vəziyyəti necədir? - AÇIQLAMA
 

Sentyabrın 2-də, gecə saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində 38 yaşlı Samir Quliyev həyat yoldaşı 30 yaşlı Ruhəngiz Mahmudovanı və onun bacısı 32 yaşlı Rozanı bıçaqlayıb. Quliyev həyat yoldaşına 14 bıçaq vurub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın vəziyyəti ağırdır.

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

"Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda həyatları üçün təhlükə yoxdur”,-Abubəkirov əlavə edib.


OXŞAR XƏBƏRLƏR