Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK

Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK

Valideyn himayəsindən və dəstəyindən məhrum olan uşaqlar ali təhsillərini pulsuz formada alacaqlar.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki,bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib. Qərara əsasən, ölkəmizdə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, ödənişdən azad olacaqlar.

Məsələnin digər maraqlı tərəfi qərarın bir tələbənin müraciəti əsasında verilməsidir. Belə ki, Tibb Universitetinin 5-ci kurs tələbəsi Cavidan Qafarov atasını itirdiyinə və anasının isə I qrup əlil olmasına görə təhsil haqqından azad edilməsi məsələsini Konstitusiya Məhkəməsi qarşısında qaldırıb və Məhkəmə də bu iddianın haqlı olması barədə qərar qəbul edib. O, özü də "Xəzər Xəbər"ə açıqlamasında bu faktı təsdiqləyib və 2016-cı ilin dekabr ayında Konstitusiya Məhkəməsinə müraciət etdiyini deyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili İsa Həbibbəyli deyir ki, bu qərar ali təhsilin ödənişli ixtisaslarına daxil olduğu halda təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin işini asanlaşdıracaq.

 

Millət vəkilinin sözlərinə görə, belə olan halda gənclər rahatlıqla ali təhsil ala və özlərini inkişaf etdirə biləcəklər.

Qərarın digər hüquqi aktlara uyğunlaşdırılması Milli Məclisə tövsiyyə edilib.




OXŞAR XƏBƏRLƏR