\"Bəzi saytlar reketçiliklə məşğul olurlar\" - Hacı İbrahimdən sərt İTTİHAMLAR

\
"Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikilən ticarət mərkəzi mənə məxsus deyil". 
 
Bu sözləri Sfera.az-a açıqlamasında tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) haqqında yazılan xəbərlərə münasibət bildirərkən deyib. 
İş adamı haqqında yayılan yalan xəbərlərə görə bəzi saytları qınayıb:

"Yalandan yazırlar ki, guya mən vətəndaşlara ev satmışam. Haqqında söhbət gedən obyekt ev deyil, ticarət mərkəzləridir. Həmin ticarət mərkəzinin də sahibi Eyvaz Babayevdir. Bilirəm ki, Eyvaz Babayev indiyədək həmin mərkəzdən heç kəsə ticarət obyekti satmayıb. Bununla bağlı bizə də heç bir şikayət daxil olmayıb. Əgər vətəndaş şikayət edirsə, gedib məhkəməyə müraciət edərdi. Daha qəzetlərə niyə şikayət göndərsin ki? Bu məsələ ilə bağlı bir neçə saytdan mənə zəng edilmişdi. Onlara bildirdim ki, sözügedən ticarət mərkəzinin mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq bütün bunlara baxmayaraq, bəzi saytlarda yenə də haqqımda yalan informasiyalar yazılıb. Bu doğru hal deyil, jurnalist adına xələl gətirən hərəkətlərdir.
   
Çox təəssüf ki, bəzi saytlar mənim haqqımda bu cür yalan xəbərlər yazaraq, reketçilik və şantaj fəaliyyətlərlə məşğul olurlar. Adımı başlığa çıxararaq, sensasiya axtarmağa çalışırlar".
 
Hacı İbrahim Nehrəmli qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib:

"Mən hər zaman həqiqəti yazan, prezidentimizin və dövlətimizin yanında olan jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə jurnalistlərimizi də təbrik edirəm, onlara can sağlığı arzu edirəm".

Xatırladaq ki, "Bizim Yol”un yaydığı məlumata görə, iş adamı İbrahim Nehrəmli Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.

Məlumatda deyilir:

"Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi, lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, maqazin alan vətəndaşlar onu yalançılıqda suçlayıb:
 
"Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Əvəzində Hacı İbrahim "Xəzər adaları”nı tikdirməyə başlayıb ki, ora da qoyulan milyonlardan xəbər yoxdur və tikinti dayanıb. Hazırda redaksiyamıza müraciət edən vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb edirlər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb”.

Vətəndaşlardan redaksiyamıza daxil olmuş şikayətlər əsasında "Bizim Yol” məşhur iş adamı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. 

O sayta qıssa açıqlamasında məsələdən xəbərsiz olduğunu, bu barədə danışmaq istəmədiyini bildirib: "İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, o hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm”.
 
Orxan Bəşirov


OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...