Bəzi nazirliklər ləğv ediləcək - Millət vəkili

Bəzi nazirliklər ləğv ediləcək - Millət vəkili

Hökumətin tərkibində islahatların olacağı gözlənilir. Bəzi nazirliklər ləğv edilə və ya birləşdirilə bilər. Hazırda bu məsələlər gündəmdədir. Dəyişikliklərin edilməsi qaçılmazdır.

Sfera.az xəbər verir ki, unu Azvision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputatın fikrincə, Azərbaycanda hökumət elə formalaşmalıdır ki, dünyada gedən iqtisadi təlatümlər fonunda çevik qərarlar qəbul etmək mümkün olsun.

"Cənab prezident islahatlara başlayıb. Bu yaxınlarda Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi. Həmçinin Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu islahatlar yalnız birləşdirmə və ləğvetmə ilə yekunlaşmır. Həmçnin yeni qurumlar yaradılır. Bu yaxınlarda Dövlət Reklam Agentliyi yaradıldı. Agentliyin yaradılması çox vacibdir və reklam sahəsində olan gəlirləri tənzimləyəcək.

Ümumilikdə, islahatlar davam edəcək. İslahatların aparılması Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. İslahatların birdən-birə aparılması müəyyən problemlər yarada bilər. O baxımdan sistemli şəkildə həyata keçirilir”.

V.Əhmədov qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə də ciddi islahatlar aparılır: "Bank sistemində islahatlat aparılır və proses davam edəcək. Sözsüz ki, biz bankların birləşməsinin tərəfdarıyıq. İslahatlar bütün sahələri əhatə edir və davamlı olacaq”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...