“Bəzi müğənnilərə efir qadağası qoyula bilər” – Mədəniyyət Nazirliyi

“Bəzi müğənnilərə efir qadağası qoyula bilər” – Mədəniyyət Nazirliyi
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin toy müğənnilərinin efirə çıxarılmasına qadağa qoyulması barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bəzi sənət adamları onun düşüncələrinə qoşulsa da, xalq artistinin fikirlərinə qarşı çıxanlar da az olmayıb. Bir çox müğənni gəlirinin toydan olduğunu bildirib və bu cür addımı haqsızlıq adlandırıb.

Bəs, Mədəniyyət Nazirliyi müzakirələrə səbəb olan mövzu ilə bağlı hansı addımı atacaq? Həqiqətən, toy müğənnilərinin efirə çıxarılması qadağan ediləcəkmi?

Mədəniyyət Nazirliyinin mətbuat sözçüsü İntiqam Hümbətov bildirib ki, müğənnilərin efirə çıxması ilə bağlı bir çox tədbirlər görüləcək: 

"Prezident İlham Əliyev ilə incəsənət xadimlərinin görüşündə televiziyaların durumu barədə məlumat verildi. Televiziyalarla bağlı prezident tapşırıq verib. Mədəniyyət Nazirliyi də daxil olmaqla bir neçə qurum bu məsələ ilə bağlı tədbirlər görəcək. Artıq təkliflər planı hazırlanır, tezliklə ictimaiyyətə təqdim olunacaq”.

İ.Hümbətov son günlər müğənnilərin qalmaqallarla gündəmə gəlməsi və bir-birini təhqir etməsinə isə belə münasibət bildirib: "Nazir Əbülfəs Qarayev ilə jurnalistlərin görüşündə müğənnilərin mədəniyyəti, davranışı barədə sual ünvanlamışdı. O da öz fikirlərini bölüşmüş, məsləhətlərini vermişdi. Nazirin məsləhətlərinə kimisi əməl edir, kimisi etmir”.

Musavat.com 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...