“Bəzi deputatlar siyahıya icra başçılarının təqdimatı ilə salınıb” – Aynur Camalqızı
17:49 / 03.08.2021
1725
"Bəzi deputatların adları namizəd kimi məhz
yaşadıqları rayonların icra başçılarının təqdimatı və vasitəçiliyi ilə YAP-ın
seçki siyahılarına salınıb”.
Sfera.az bildirir ki, bu fikirləri Teleqraf
Media Qrupunun rəhbəri Aynur Camalqızı öz rəsmi Facebook hesabında qeyd edib.
Jurnalistin sözlərinə görə, Milli Məclisdə
deputat Eldəniz Səlimov kimi şəxslər çoxdur. "Onlar nə daşıdıqları mandatın, nə
təmsil etdikləri siyasi təşkilatın, nə də dövlətin və xalqın məsuliyyətini
anlayacaq intellektdə və təfəkkürdə deyillər”, deyə Camalqızı əlavə edib.
İnci