\"Beynəlxalq təşkilatlar ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirir\" - Oqtay Əsədov
13:31 / 16.03.2018
1990
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.
Sfera.az xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb:
"Ötən il ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirir. Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib 35-ci yerə yüksəlib.
Ötən il iqtisadiyyatımızıda növbəti uğurlu addım Azəri-Çıraq yatağının istifadə müddətinin uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi idi.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişafı da ötən il üçün xarakterik haldır. Büdcədə qeyri neft sektorunun payı artıb”.
O.Əsədov qeyd edib ki, 2017-ci ildə Milli Məclisdə parlamentarilər tərəfindən təkliflər nəzərə alınıb:
"Millət vəkillərinin 68 təklifi hesabatda cavablandırılıb".
Orxan Bəşirov