Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir
 

30 aprel – 1 may 2019-cu il tarixlərində Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Hyatt Regency İclas və Konfrans Mərkəzinin Bakı zalında Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə Beynəlxalq Miqrasiya Hüququna dair iki günlük seminar keçirir.

 

Seminarda Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov və Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev açılış nitqi ilə çıxış edəcəklər. Seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on nəfər xarici ekspert iştirak edəcək.

 

Seminar BMqT-nin 2016-cı ildən etibarən Azərbaycan Hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi Azərbaycan Hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarətdir.

 


OXŞAR XƏBƏRLƏR