Dünya

"Beynəlxalq kreditlər qızılla verilməlidir"- Ərdoğan

"Beynəlxalq Valyuta Fondunun rəhbərliyinə dedim ki, sizə faizi ödəyərik, bu sizin təbii haqqınızdır, ancaq siyasətə qarışa bilməzsiniz”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə sahibkarlarının qurultayında bildirib.

Onun sözlərinə görə, həmin danışıqlardan sonra BVF rəsmi Ankaradan 5 milyard avro kredit istəyib: "Həmin krediti verməyə hazır olduğumuzu bildirdik. Amma onlar sonradan bundan imtina etdilər. Hazırda bizim BVF-yə borcumuz yoxdur. Onlar öz yolu ilə, biz öz yolumuzla gedirik. Kreditin qızılla verilməsini təklif edirik. Biz bu yolla dolların kursu ilə bağlı təzyiqdən qurutulmalıyıq. Kreditlər qızılla verilsə heç vaxt kimsə başqa ölkələrə kurs təziyiqi edə bilməz”.

R.T.Ərdoğan vurğulayıb ki, Suriyadan qaçaraq Türkiyəyə sığınan qaçqınlara indiyə qədər 31 milyard dollar xərcləyiblər:
 
"Avropa İttifaqı 3+3 formulu ilə bu məqsədlə indiyədək Türkiyəyə 1 milyard 850 milyon avro maliyyə yardımı edib. Ancaq onlar yardım köçürsələr də, köçürməsələr də biz o qaçqınları evimizdə qonaq olaraq saxlayacağıq”.(report)

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031