Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
14:31 / 13.09.2019
1941
Beynəlxalq Gimnastika Federasiyasının (FİG) sabiq prezidenti Bruno Qrandi vəfat edib.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, italiyalı qurum rəhbəri 85 yaşında dünyasını dəyişib.
Karyerasına gimnast kimi başlayan italiyalı sonradan məşqçi kimi fəaliyyətini davam etdirib. Ardınca məmur kimi pillə-pillə irəliləyən B. Qrandi 1978-ci ildə Avropa Gimnastika İttifaqının (UEG) yaradılmasında böyük pay sahibi olub. 1977-2000-ci illərdə İtaliya Gimnastika Federasiyasının prezidenti, 1982-1989-cu illərdə UEG-in vitse-prezidenti, 1996-2006-cı illərdə FİG-in prezidenti vəzifəsini icra edib. 2000-2004-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.