Beynəlxalq Bank məhkəmədə uduzdu

Beynəlxalq Bank məhkəmədə uduzdu

İyulun 13-də məhkəmə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin əleyhinə qərar çıxarıb. Sfera.az  Azadlıq Radiosuna istinadən xəbər verir ki, bankı məhkəməyə adının mətbuatda getməsini istəməyən Nəcəfov soyadlı iddiaçı verib.


Beynəlxalq Bankdan kredit götürüb maşın alan Nəcəfov sonradan etibarnamə ilə maşını bir başqasına satıb. Amma həmin şəxs Nəcəfovun adına olan krediti ödəməyib, ümumiyyətlə, bir müddət sonra nə şəxs, nə də maşın tapılıb.

Əvvəlcə məhkəməyə müraciət edən də bank olub. Məhkəmənin çıxardığı qərara görə, bankın girovunda olan həmin avtomobil satılıb Nəcəfovun borcu bağlanmalıymış. Amma Nəcəfovun dediyinə görə, bank və icra məmurları əl altında olmayan maşını tapıb satmağa, borcu bağlamağa vaxt və enerji sərf etmək istəməyib. Əvəzində daha asan yola əl atıb.

Bank 2 il müştərisini maaşsız qoyub

Vətəndaşın borcunu onun bu bankda olan əməkhaqqı hesabından çıxıb. Nəcəfovun vəkili Paşa Səfərovun Azadlıq Radiosuna dediyinə görə, müdafiə etdiyi şəxs təxminən 2 il maaşının üzünü belə görməyib. Bank onun maaş kartına blok qoyub, əlindən alıb və hər ay həmin karta gələn əməkhaqqının 100 faizini götürərək Nəcəfovun borcundan silib. Həm də bununla bağlı heç bir məhkəmə qərarı olmadan. Təxminən 2 il davam edən bu proses zamanı Nəcəfovun 7700 manatı tutulub.

"Hər hansı şəxsin əməkhaqqından tutulma yalnız məhkəmə qərarı ilə olmalıdır. Bank heç bir məhkəmə qərarı olmadan məbləği tutmağa başlayıb. Bu qanunsuz əməli bir yana, hətta tutmanı da, qanunda göstərildiyi kimi, 50 faiz yox, 100 faiz həyata keçirib, hər dəfə tam məbləği tutub".

Bankın bu əməlini qanunsuz sayan Nəcəfov pozulmuş hüquqlarının bərpası üçün bu ilin aprelində məhkəməyə üz tutub. Nəsimi rayon Məhkəməsi iyulun 13-də onun xeyrinə qərar çıxarıb. İndi Beynəlxalq Bank Nəcəfova həmin 7700 manatı ödəməli, üstəlik mənəvi zərərə görə də 300 manat verməlidir.

Vəkil Paşa Səfərov deyir ki, təcrübəsində ilk dəfədir müdafiə etdiyi şəxslə bank üzərində qələbəni, ədalətli qərarı qeyd edir. Amma onu da əlavə edir ki, bu, yeganə hal deyil, Beynəlxalq Bankın bu tipli əməkhaqqından tutmaları bir neçə şəxs barəsində də həyata keçirilib.

"Banklar qanunvericilikdəki boşluqlardan istifadə edirlər"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu cür hallarda banklar əsasən müştərilərin əksər vaxtlarda imza atarkən çox da detallara varmadığı ikitərəfli müqavilələrə əsaslanır. Həm də vətəndaşların bank yolu ilə aldıqları maaşı banklar əməkhaqqı kimi tanımır, çünki tərəflər arasında işçi müqaviləsi yoxdur, bank sadəcə əməkhaqqını ötürən vasitəçidir.

Əkrəm Həsənov deyir ki, bank kartına dair müqavilə bağlanan zaman müştəri çalışmalıdır ki, orada digər öhdəlik üzrə borcların əməkhaqqından silinməsi müddəası salınmasın. Amma problem təkcə bunda da deyil: "Hətta müqavilədə nəzərdə tutulsa belə, banka imkan vermək olmaz belə bir addım atsın. Amma bizim istehlakçıların hüquqlarının müdafiəsi baxımından qanunvericiliyimiz çox bərbad vəziyyətdədir. Ona görə də banklar qanunvericilikdəki boşluqlardan istifadə edirlər, müqavilələrə istədikləri şərtləri daxil edib sonra da deyirlər ki, müqaviləyə əsasən belə etmişik. Bu cür məsələlərdə həm də işəgötürən müəssisə də məsuliyyətli olmalıdır.

Çünki müştərinin bank kartının olması, hər hansı bank vasitəsilə maaşını alması işəgötürənin seçimidir. Ən nəhayət, müvafiq dövlət orqanlarının da üzərinə iş düşür. İlk növbədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarını Müdafiə Xidməti qanunvericilikdəki bu boşluqları aradan qaldırmalıdır".

Bank pul silə bilər, əgər...

Beynəlxalq Bank sözügedən məsələ ilə bağlı bildirir ki, kredit götürən şəxs bank kartı istifadəçisidirsə və borclarını ödəmirsə, bu halda bank müştərinin əməkhaqqı kartından kreditə görə pul silə bilər. Təbii ki, bu şərt müqavilədə göstərilibsə. Amma AzadlıqRadiosunun sorğusuna bankın cavabında da göstərilir ki, tutulan məbləğ tam əməkhaqqının 50 faizini keçməməlidir.

Konkret Nəcəfova gəlincə, bankın mətbuat katibi Rauf Ağayev deyir ki, bankın hər hansı müştəri ilə bağlı detallı məlumat vermək ixtiyarı yoxdur.


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...