Beyləqanda yol korrupsiyası

Beyləqanda yol korrupsiyası

Beyləqanın Təbriz küçəsində yerləşən 2 saylı binanın sakinləri cana doyublar

Onlar Beyləqan Rayon İcra Hakimiyyətindən və rayon su-kanalizasiya idarəsindən şikayətçidirlər. Bu haqda həmin ünvanda yaşayan sakinlər məlumat verib. 

Belə ki, 2011-ci ildə qeyd olunan binaya yeni içməli su xətti çəkilməzdən əvvəl binanın qarşısına asfalt döşənilib. Sonra içməli su və kanalizasiya xətləri çəkilərkən binanın qarşısındakı asfalt döşəməsi qazılaraq yararsız hala salınıb.

2015-ci ildə içməli su və kanalizasiya xətlərinin çəkilişi başa çatdıqdan sonar bütün binaların qarşısına yenidən asfalt döşənilsə də, Təbriz küçəsində yerləşən və qeyd olunan binanın qarşısı asfatlanmayıb. 

Sakinlər binanın qarşısındakı zığ-palçığa görə, hərəkət etməkdə çətinlik çəkirlər. Xüsusən də uşaqlar məktəbə gedib-gələrkən çətinliklərlə üzləşirlər.Sakinlər bununla bağlı dəfələrlə icra hakimiyyətinə və su-kanalizasiya idarəsinə müraciətlər etsələr də, heç bir müsbət nəticəsi olmayıb. 

Beyləqanda sakinlər şəhərdaxili küçə yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə şikayətlər və müraciətlər etmələrinə baxmayaraq nəticə dəyişmir, yollar bərbad vəziyyətdədir.

O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib ki, son iki ildə bunları həll etmək mümkün olmayıb.

Beyləqandakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayonun yolları olduqca bərbad vəziyyətdədir: ”Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib.

Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur. 

Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub. 

Ancaq camaatın başını aldadıb öz işlərini görürlər. Onu da deyək ki, Beyləqanda Su və kanalizasiya sistemlərinin qurulması işlərində yeyintilərlə bağlı faktlar var.
Rayonun icra başçısı rayonun ərazilərini qarış-qarış satmaqda davam edir. Vaqif Abdullayev indi də şəhərinin kanalizasiya xəttinin üstünü peşkəş edib.Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir. 

Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir. Bu faktı üzə çıxması rayonda səs-küyə səbəb olub. (politika.az)
 


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...