Beyləqan məktəbləri bağlandı: 100 minə təyin olunan şöbə müdirinə ağır ittihamlar

Beyləqan məktəbləri bağlandı: 100 minə təyin olunan şöbə müdirinə ağır ittihamlar

Beyləqan rayonunda məktəblərdə və uşaq bağçalarında istilik sistemlərinin işləməməsi narazılıqlar yaradıb

Bu barədə Politika.Az-a yerli sakinlər məlumat verib. 

Belə ki, son günlər havaların sərt soyuması digər sahələr kimi məktəblərin və uşaq bağçalarının da istilik sistemlərini dondurub. 

Valideynlər deyirlər ki, əvvəlki illərdə, yəni hazırkı istilik sistemləri quraşdırılmamışdan öncəndən özləri pul yığaraq yanacaq alırmışlar və sobalar vastəsilə sinif otaqları qızdırılırmış. 

Hazırda məktəb və uşaq bağçalarındakı sobalar yığışdırılıb, əvəzində isə "Kombi” istilik sistemi quraşdırılıb. Qeyd olunan sistem isə işləmir.

Buna görə də valideynlərin çoxu soyuq havada övladlarının xəstələnməməsi üçün məktəb və başğalara göndərmirlər. Bu da uşaqların təhsil məsələsinə mənfi təsir edir. 

Beyləqan Təhsil Şöbəsinin rəhbəri Xuraman Rüstəmovanın kabineti isə istidir və onun məktəblərdən xəbəri yoxdur. 

Rayonun icra başçısı Vaqif Abdullayev əvvəlki şöbə müdiri Tofiq Sadıqovla yola getmədiyindən, problemləri qabardaraq onu vəzifəsindən uzaqlaşdırdı. 

Məlumata əsasən, hətta onun yerinə gətirəcəyi adamı da qabaqcadan hazırlayaraq, 100.000 manat qarşılığında Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmovanı təhsil şöbəsinə müdir təyin etdirib. 

Xuraman Rüstəmova direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat məbləğində rüşvət tələb edərək, onların maneəsiz işləməsinə izn verəcəyini qeyd edib. 

Məlumatda o da bildirilir ki, şöbə müdiri bankdan müəllimlərin hər birinin adına 2-3 min manat arası kredit götürüb. Ümumi məbləğin 40 min manatdan çox olduğu deyilir. 

Şöbə müdiri hər ay 1500 manatdan çox ödəniş etməlidi ki, indi buna gücü çatmır. Buna görə də "Kapital Bank"ın rayon filialının rəhbərliyindən güzəştlərin edilməsi üçün xahiş etmək istəyir. Qarşı tərəfi dinləməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR