Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

Molekulyar Tibb İnstitutunun və Kaliforniya Universitetinin alimləri Altsheymer  xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı vaksin hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələr uğurlu olub və mütəxəssislər tezliklə insanların iştirakı ilə preparatın klinik sınaqlarına başlamağı planlaşdırırlar.

Bu barədə "EurekAlert!” nəşrində yerləşdirilən press-relizdə deyillir.

Vaksin beta-amiloid lövhələrin və tau-zulallardan ibarət neyrofibrilyar kələflərin yaranmasına qarşı yönəldilib. Hesab edilir ki, bu aqreqatlar beyində koqnitiv pozulmalar, qocalıq ağılsızlığı və ölümlə nəticələnən neyrodegenerativ dəyişikliklərin əsas səbəbidir.

Qeyd edək ki, təkcə ABŞ-da təxminən 5,7 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir. Effektiv müalicə üsulları, etibarlı biomarkerlər və ya profilaktik strategiyalar hələ də məlum deyil. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...