“Best Model”in qalibi dəyişdirildi - FOTOLAR
12:01 / 04.12.2018
2458
"Best Model of Azerbaijan” qalibi Aygül Səfərovanın birincilik titulu əlindən alınıb.
Sfera.az bildirir ki, vunu "Qafqazinfo”ya açıqlamasında yarışmanın milli direktoru Aqil Məmiyev bildirib. O, müsabiqənin prezidenti Erkan Özarmanla görüşdüyünü və yekun qərar verildiyini qeyd edib:
"Görüş ötən gün baş tutdu. Qaydalara əsasən, "Best model of Azerbaijan” qalibi növbəti beynəlxalq layihə olan "Best Model of Worlds”da təmsil olunmalı idi. Aygül Səfərova isə bundan imtina etdi. Bununla da, titul ondan götürələrək Cəmilə Qoluboviçə təqdim ediləcək. Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına veriləcək.