"Beşiktaş" yenə uduzdu - VİDEO - FOTO


Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Sfera.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Braqa"nı qonağı olub. Qarşılaşma Portuqaliya klubunun 3:1 hesablı qələbəsiylə başa çatıb.

10 xal toplayan "Braqa" qrupun lideridir. Bürün oyunlarda uduzan "Beşiktaş" isə sonuncu pillədədir.

"Braqa" - "Beşiktaş" 3:1

Qollar: Paulinyo, 15, 37, Uilson Eduardo, 81 - Teylor Boyd, 29

 

Qırmızı vərəqə: Cermen Lens, 44 (milli.az)



OXŞAR XƏBƏRLƏR