\"Beşiktaş\" məşhur futbolçudan imtina edir: Maaşa görə

\
"Beşiktaş"da ikinci dönəmində iki dəfə çempionluq yaşayan Rikardo Kuarejmanın İstanbul klubundan ayrılmaq ehtimalı yaranıb.
 
Sfera.az xəbər verir ki, portaqaliyalı futbolçunun yaşı çox,  əmək haqqı isə fantastikdir. Bu səbəbdən qara qartallar bu futbolçunu satmaq qərarına gəlib. 35 yaşlı futbolçu karyerasına "Portu"da son qoymaq istəsə də, Çindən yarımmüdafiəçiyə maraq var. Əgər Asiya ölkəsindən rəsmi təklif gəlsə, "Beşiktaş" təcrübəli futbolçunu yola salacaq. Qeyd edək ki, Kuarejma "Beşiktaş"da 2015-ci ildən çıxış edir.

 

OXŞAR XƏBƏRLƏR