Krİmİnal

“Beş dəfə bıçaqladı” - VİDEO

“Beş dəfə bıçaqladı” - VİDEO

Hüquq-mühafizə orqanları tərəfindən hüquqlarının tapdandığını iddia edən Ayxan Yaradanquliyev redaksiyamıza müraciət edib.

Şikayətçi "Qafqazinfo"ya bildirib ki, iyunun 11-də Bakının Nəsimi rayonunda yolda hərəkət edərkən "Mercedes C klass” markalı 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş-Xəqani və Aqil Ağayevlər onun qarşısını kəsib.

Mübahisə zamanı həmin şəxslər A. Yaradanquliyev və dostu Rəhim Əliyevə çoxsaylı yumruq zərbələri endirib, Xəqani Ağayev Ayxan Yaradanquliyevin qarın və ürək nahiyəsinə beş bıçaq zərbəsi endirib.

A. Yaradanquliyev hadisənin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ört-basdır edildiyini iddia edir:

"Yalnız məsələyə Bakı şəhər prokurorunun müdaxiləsindən və onun şəxsi göstərişindən sonra hadisə ilə bağlı toplanmış materiallar üzrə 13 iyun 2019-cu il tarixdə (hadisədən 2 gün sonra) cinayət işi başlanıb Lakin cinayət işinin istintaqı aparılan Nəsimi İstintaq Şöbəsində də Xəqani adlı cinayətkar və onun qohumları polislərlə dil tapmış və müstəntiqlərlə sövdələşərək yüngül cəza ilə canını qurtartmağa cəhd edir. Xəqanini bu günədək həbsdən qorumağa çalışırlar. Halbuki Xəqani Ağayevin və onun qardaşının hərəkətləri qəsdəm adam oldürməyə cəhd, ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır maddələrə tövsif edilməlidir”.

Şikayətçi sözügedən davanın görüntülərini də redaksiyamıza göndərib.

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930