\"Bərzaninin bu gün verdiyi açıqlama..\" - ŞƏRH

\

Bu gün İraq Kürdüstanında referendum başlayıb. Bölgədəki bütün dövlətlərin etirazına baxmayaraq, Şimali İraq Kürd Muxtariyyatı müstəqillik üçün referenduma səhər saatlarında start verib. Yerli vaxtla 08:00-da referendum başlayıb. Ərbildə bayram abu-havası hökm sürür. Artıq seçicilər məntəqələrə axışmağa başlayıblar.

Keçirilən referendum Sfera.az-a şərh edən siyasi analitik Vüqar Zifəroğlu deyib ki, referendumun keçirilməsi hələ sabahısı gün Kürdüstan adlı dövlətin elan ediləcəyini ifadə etmir:


"İraq Bölgəsəl Kürd Yönətiminin baş naziri Neçirvan Barzaninin elə bu gün verdiyi açıqlama da bu fikri təsdiqləməkdədir. Kürd yönətimi rəsmisi, Türkiyəyə şükranlıq borcu olduqlarını bildirərək, referendumuin əsla 26 sentyabrda yeni dövlətin elan ediləcəyi demək olmadığını vurğulayib. Mümkündür ki, Bərzani özünü saldığı bu mürəkkəb vəziyyətdən çıxış yolu kimi sadəcə olaraq referendumun nəticələrinin qərara bağlanmasını qeyri-müəyyən zaman üçün ertələsin. Qeyd etmək lazımdır ki, bölgə dövlətərinin bu məsələdə kifayət qədər sərt tutum sərgiləmələri, Qərbi də daha loyal mövqe sərgiləməyə vadar etdi”.



Diqqət etsək görərik ki, referendumla bağlı açıqlamalarında istər avropalılar, istərsə də ABŞ rəsmiləri artıq daha ehtiyatlıdırlar:

"Onlardan fərqli olaraq Türkiyə və İran isə təzyiqlərini artırmaqdadırlar. Əslində referendum keçirilməsi faktının özü artıq, Qərbin manevr imkanlarını artırır və bundan daha qabağa getmək indiki şəraitdə onlara lazım deyil. Qərb onsuz da refendemin nəticələri ilə rəsmi Tehranın nəzarətində olan rəsmi Bağdada, həm də kürd məsələsinə son dərəcə həssas yanaşan Ankaraya təzyiq rıçaqları əldə edəcək. İraq və Suriyada son dərəcə mürəkkəb siyasi vəziyyətin yaşandığı, ərəb ölkələrinin sürətlə İsraillə yaxınlaşdığı və buna paralel olaraq Yaxın Şərqdə xarici şərtlərin təsiri ilə Rusiyanın da dəstəklədiyi Türkiyə-İran duetinin formalaşdığı bir zamanda Qərbin bu məsələdə daha da uzağa getməsi, belə deyək, referendumun nəticəsi olaraq Kürdüstan adlı bir dövlətin varlığını elan etdirməsi (!) daha ciddi və vahim qarşıdurmaların yaşanmasına təkan verəcək. Nə Vaşinqton, nə də qoca qitə isə buna hazır deyil”.

Azad Əliyev

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...