Beren Saat keçmiş sevgilisinin qardaşının toyuna həyat yoldaşı ilə qatıldı - FOTOLAR

Beren Saat keçmiş sevgilisinin qardaşının toyuna həyat yoldaşı ilə qatıldı - FOTOLAR
Türkiyəli aktrisa Beren Saat keçmiş sevgilisinin qardaşı Yaman Gürayın toy məclisində iştirak edib.

Sfera.az bildirir ki, aktrisanın həyat yoldaşı, müğənni Kenan Doğulu da onu tək buraxmayıb. Cütlük birlikdə toy məclisinə gediblər. Hətta Doğulu toyda mahnı ifa edərək qonaqları da əyləndirib.

Xatırladaq ki, Beren Saatın keçmiş sevgilisi Efe Güray 2004-cü ildə yol qəzasında dünyasını dəyişib. Həmin zaman 19 yaşında olan aktrisa Gürayın ailəsi ilə əlaqələri kəsməyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR