Bərdədə baş verən DƏHŞƏTLİ qətllə bağlı Baş Prokurorluq məlumat yaydı

Bərdədə baş verən DƏHŞƏTLİ qətllə bağlı Baş Prokurorluq məlumat yaydı

Bərdədə qadını zorakılıqla öldürən şəxs müəyyən olunub.

Sfera.az xəbər verir ki, Baş Prokurorluqdan lent.az-a daxil olan məlumata görə, hadisə fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində baş verib. 58 yaşlı Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

 

İlkin istintaqla 25 yaşlı Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

C.Rəncbəri Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR