Benzinin bahalaşması elektromobillərə və velosipedlərə marağı artıracaq – Ekspertdən açıqlama

Benzinin bahalaşması elektromobillərə və velosipedlərə marağı artıracaq – Ekspertdən açıqlama
"Yüksək oktanlı benzinin ardıcıl olaraq bahalaşması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək”.

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
 
O, fərdi avtomobil həvəskarlarının köhnə avtomobillərə daha çox meyil edəcəklərini bildirib:

"Çünki belə avtomobillər nisbətən ucuz olan 92 oktanlı benzini rahatlıqla işlədir. Dizel mühərriklərinə də maraq artacaq. Bu isə avtomobillərin mümkün ekoloji zərəri baxımından arzulanan deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması alıcıların elektromobillərə və hibridlərə üz tutmasını da sürətləndirəcək. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.

Ekspert qeyd edib ki, benzinin qiymətinin bahalaşması bütövlükdə avtomobilləşmə prosesinə mənfi təsir göstərəcək:

"Bundan təkanvaerici amil kimi istifadə edilərək velosipedin real nəqliyyat növünə çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır. İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR